Sibir soyuğu: Azərbaycanda çovğun müşahidə edilir

19:44 - 4 Fevral 2026 - CƏMİYYƏT

 Sibir soyuğu: Azərbaycanda çovğun müşahidə edilir

Hazırda ölkə ərazisində hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır.

BUTA.TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən ölkə ərazisinə daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub:

“Eyni zamanda rütubətli Aralıq dənizi siklonunun təsiri ilə buludluluq artıb, yağış, bəzi yerlərdə sulu qar, qar yağması müşahidə olunur. Fərqli xüsusiyyətlərə malik hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində atmosferdə təzyiq qradiyenti yüksəlib, qeyri-sabitlik müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə edilir. Hazırda Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/s-yə çatır".

Bu xəbər hal-hazırda çox oxunur
Müğənni Xananın toyu oldu - VİDEO

G.Abbasovanın sözlərinə görə, müşahidə olunan küləkli hava şəraitinin fevralın 5-i səhərədək davam edəcəyi gözlənilir:

“Fevralın 4-dən 5-nə keçən gecə Abşeron yarımadasının bəzi ərazilərində havanın minimal temperaturun 0 dərəcədən mənfi 2 dərəcəyədək enməsi nəticəsində bəzi yolların buz bağlaması ehtimalı var. Eyni zamanda bölgələrdə də intensiv yağıntılar davam edəcək, əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol