Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

12:28 - 13 Fevral 2026 - GÜNDƏM

 Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1985-ci il təvəllüdlü Ramin Məmmədovun təxminən 2 ay əvvəl döyüşlər zamanı öldüyü bildirilir.

Onun nəşi ötən gecə Gəncə şəhərinə gətirilib. Mərhum bu gün Gəncədə dəfn olunacaq.

Məlumata görə, o, işlədiyi müəssisədən döyüşlərə məcburi aparılıb. Onun subay olduğu, uşaqlıqdan Rusiyada yaşadığı bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol