Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi dəyişib.
BUTA.TV Yeni Sabah-a istinadla xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Əzizağa Qənizadə muzeyin rəisi vəzifəsindən azad olunub. Keçmiş briqada komandiri olan Ə.Qənizadə 2014-cü il sentyabrından bu postda çalışırdı.
Müdafiə nazirinin digər əmri ilə “Qarabağ” ordeni polkovnik Elşad Pənahov Hərb Tarixi Muzeyinin rəisi təyin edilib.
Uzun illərdir orduda xidmət edən E.Pənahov bundan əvvəl Hərbi Hava Qüvvələrinin Şəxsi heyət idarəsinin rəisi işləyib.
O, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla “Qarabağ” ordeni ilə təltif olunub.
- Emin Əmrullayev direktoru işdən çıxartdı
- "AzerGold"la bu institut arasında memorandum imzalandı
- Hərbi attaşelər HHQ-nin hərbi hissəsində - Video
- Bu istiqamətdə marşrutların hərəkət sxemləri dəyişdiriləcək
- ADSEA sədri Qəbələdə vətəndaşlarla görüşdü - Foto
- Bakı aeroportu sərnişinlərə müraciət etdi
- Yarım ton yanacağı oğurlayıb öz maşınına tökdü, həbs edildi
- Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi