2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb.
BUTA.TV xəbər verir ki, bu barədə bu gün Müdafiə Nazirliyinin 2025-ci ilin yekunlarına dair Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib.
Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib.
- DİM bu şəxslər üçün ixtisas imtahanı keçirdi
- Zakir Fərəcov bu alman şəhərinin meri ilə görüşdü - Foto
- Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix - Açıqlandı
- Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
- Bakıda qanlı dava: İki ayağından bıçaqlandı
- Ağdərədə ağır qəza: yaralılar var
- Sabahın hava proqnozu açıqlandı
- Yağış, dolu, duman, 32° isti - Sabahın havası