Mühüm dəyişiklik: Maydan ödənişlər tam veriləcək - Video

21:34 - 14 Fevral 2026 - GÜNDƏM

 Mühüm dəyişiklik: Maydan ödənişlər tam veriləcək - Video

İşçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət 2026-cı ilin may ayından etibarən tam həcmdə veriləcək. Söhbət çoxlarının "bülleten pulu" adlandırdıqları ödənişdən gedir.

BUTA.TV xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Belə ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərara dəyişiklik edib.

Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, dəyişikliyə qədər qanunvericilikdə sözügedən müavinətin tam şəkildə ödənilməsi hər kəsə şamil olunmurdu:

"Əvvəllər belə bir sxem var idi ki, sığorta stajından asılı olaraq müavinət 60%, 80% və 100%-ə qədər hesablanırdı. İndi qaydaların 2,16-cı bəndinə əsasən, bu, 100% həcmində bütün sığorta olunanlar üçün ödəniləcək".

Qanunvericiliyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət azı 6 ay iş stajı olan şəxslərə şamil edilir. Müavinətin məbləği aylıq vəzifə maaşının 2 qatından və ya minimum pensiya məbləğinin 25 mislindən çox ola bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 gününə görə müavinət işəgötürənin vəsaiti hesabına ödənilir. 14 gündən çox olan hissəyə görə ödənişi Dövlət Sosial Müdafiə Fondu qarşılayır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol