Bu ərazilərə növbəti köç karvanları yola salındı

11:44 - 16 Fevral 2026 - GÜNDƏM

 Bu ərazilərə növbəti köç karvanları yola salındı

Xocalı şəhəri, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

BUTA.TV xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailə (91 nəfər) köçürülür.

Qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol