Ləğv edilmiş "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.
Qeyd edək ki, T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.
Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyinə verilib. Bundan sonra şirkət "Bakı Beynəlxalq Dəniz Limanı" MMC kimi fəaliyyət göstərməyə başlayıb.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
- Evdən 21 yaşlı qızın meyiti tapıldı
- “28 May” və “Nizami” arasında qatarların hərəkəti dayandırıldı
- “28 May”da vəziyyət necədir? - Fotosessiya
- Elman Paşayevin oğlunun ittiham olunduğu cinayət işi: Yeni təfərrüat
- Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır
- “Sevgilim olduğuna görə məni hamının qarşısında şallaqladılar”
- Sökdükləri divardan qızıl töküldü - Fotolar
- Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir