Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 42 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, yeni təyinatlar Bakıdakı 198, 97, 131, 308, 94, 254, 133, 81, 71, 139, 335, 334, 230, 205, 162, 155, 87, 38, 106, 298, 58, 63, 142, 337, 215, 296, 327, 258, 185, 305, 108, 165, 315, 203, 256, 323, 73 nömrəli tam orta ümumtəhsil məktəbləri, 2 nömrəli texniki-humanitar lisey, 1 nömrəli idman liseyi, 115 nömrəli xüsusi əyani-qiyabi tam orta ümumtəhsil məktəbi, 6 nömrəli respublika inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi və E.Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib.
Yeni təyin olunmuş məktəb rəhbərləri işə qəbul üzrə müsabiqədən keçmiş şəxslərdir. Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
- “Sevgilim olduğuna görə məni hamının qarşısında şallaqladılar”
- Sökdükləri divardan qızıl töküldü - Fotolar
- Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
- Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi
- “Bakıkart”la bağlı yeni qərar: Kartlar dəyişə bilər
- “Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...