Bu il Rəbbimizin vacib ilahi əmri olan mübarək Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür.
BUTA.TV xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fitvasında qeyd edilib.
"Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası: “Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir” – şəklində açıqlanır. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini nəzərə alaraq tövsiyə edirik ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun. Zəfər dönəmini yaşayan Azərbaycanda müqəddəs Ramazan və mübarək Novruz bayramlarının üst-üstə düşməsi Uca Allahın Lütfü ilə xeyirlərə vəsilə olan böyük müjdədir", - fitvada bildirilib.
Qeyd edilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
- Kürdə bir nəfər batdı
- Sosial şəbəkədə saxta kredit elanları verdi, saxlanıldı - Video
- Yığılan rüşvət Vasif Talıbovun göstərişi ilə oğluna verilib...
- Son günlər havanın isti keçməsinin səbəbi açıqlandı
- Şəhidlərimizi təhqir edən ərəblərin cəzası endirildi
- İctimai Şuranın cari ildə ilk iclası keçirildi
- Sabah 24 dərəcə isti olacaq
- Rəşad Daşdəmirovun həbs müddəti uzadıldı