Sabiq başçıya yeni vəzifə verildi

12:54 - 17 Fevral 2026 - GÜNDƏM

 Sabiq başçıya yeni vəzifə verildi

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinin tabeçiliyində "Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. MMC-nin rəis əvəzi vəzifəsinə Hüseynəliyev Elçin Məmməd oğlu təyin edilib.

BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyəti sədr vəzifələrini müvəqqəti icra edən Nihad Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Elçin Hüseynəliyev 2005-2016-ci illər ərzində Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı olub. O, uzun müddət "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin köməkçisi vəzifəsində çalışıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol