Fevralın 20-də günorta saatlarına Bakının Keşlə qəsəbəsində soyğun hadisəsi baş verib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, 5-6 qadın qara çadrada, üzlərində niqab Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar əllərində bıçaq, ülgüc tutaraq kassada işləyən əməkdaşları hədələyib, oradakı pulu götürüblər.
Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, soyğunçular Azərbaycan dilində danışıblar, həmçinin aralarında başa düşülməyən başqa dildə də söhbət ediblər. Hadisə şahidləri onu da bildirib ki, marketə basqın edən qadınlar əllərinə pipetli əşya olub, ordan öz ağızlarına maye fısqırdırmışlar.
Bütün soyğun prosesi marketin müşahidə kameraları tərəfindən qeyd edilib.
- Bakıda motosikleti təhlükəli sürən sürücü saxlanıldı
- Həmin ərazidə su axıntısının qarşısı alındı - Video+Yenilənib
- Argentina İordaniyanı məğlub etdi - Yenilənib
- Bu gecə hər ikisi meydana çıxacaq
- Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
- Daha bir azərbaycanlı Ukraynada həlak oldu
- Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video