Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ərzində ölkədə 48546 nikaha daxilolma və 20675 boşanma halları qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Nikaha daxilolma səviyyəsi Qarabağ (5,7), Şərqi Zəngəzur (5,6), Dağlıq Şirvan, Lənkəran-Astara və Mil-Muğan (5,1), Şirvan-Salyan (5,0), Mərkəzi Aran (4,9), Bakı şəhəri və QubaXaçmaz (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksək olub.
Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3436 nəfər gələn, Azərbaycandan isə 2015 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 1421 nəfər təşkil etmişdir.
- Sökdükləri divardan qızıl töküldü - Fotolar
- Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
- Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi
- “Bakıkart”la bağlı yeni qərar: Kartlar dəyişə bilər
- “Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...
- Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto