Yevlax Rayon Məhkəməsi vergi orqanının müraciəti əsasında Xaldan bələdiyyəsinin sədri Röyal Cəfərovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edib.
Ərizədə hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 30 985 manat, İşsizlikdən Sığorta Fonduna 1 321 manat, İcbari Tibbi Sığorta Fonduna isə 4 729 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə həmin şəxsin icra orqanının rəhbəri barəsində məhdudiyyət tətbiq olunması xahiş edilib.
Yevlax Rayon Məhkəməsi Yevlax rayonu, Xaldan bələdiyyəsinin sədri Röyal Kazım oğlu Cəfərovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarıb.
- Sökdükləri divardan qızıl töküldü - Fotolar
- Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
- Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi
- “Bakıkart”la bağlı yeni qərar: Kartlar dəyişə bilər
- “Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...
- Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto