Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası 2026-cı ildə də uğurla davam edir.
BUTA.TV xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il artıq 700-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.
Mal və materiallar formasında verilmiş aktivlər hesabına onlardan 545 şəxs kənd təsərrüfatı, digərləri istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurub.
Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.
- Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
- Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi
- “Bakıkart”la bağlı yeni qərar: Kartlar dəyişə bilər
- “Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...
- Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
- Azərbaycanda zəlzələ oldu - Yenilənib