Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı.
BUTA.TV-ın APA-a istinadən məlumatına görə, yaxın vaxtlarda həmin fakültələr keçmiş Asiya Universitetinin binasına köçürülüb.
BDU-dan məlumatı təsdiqləyiblər.
Həmçinin vaxtilə Asiya Universitetinin yerləşdiyi binanın üzərinə “Bakı Dövlət Universiteti, C korpusu” sözləri yazılıb.
Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya köçürüldükdən sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.
- Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
- Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi
- “Bakıkart”la bağlı yeni qərar: Kartlar dəyişə bilər
- “Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...
- Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
- Azərbaycanda zəlzələ oldu - Yenilənib