DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən BUTA.TV-a verilən məlumata görə, müraciətdə bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-iş günlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahət bölgələrinə aparan avtomobil yollarında hərəkət intensivliyinin artacağının gözlənildiyi bildirilib.
Bu səbəbdən yollarda yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.
Sürücülərdən xahiş olunur ki:
-Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər,
- səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər,
- təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər,
- yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etsinlər.
"Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər. Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərləri zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir", - məlumatda bildirilib.
- Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi
- “Bakıkart”la bağlı yeni qərar: Kartlar dəyişə bilər
- “Sea Breeze”də uşağın ayağı hovuzdakı su nasosunda sıxılı qaldı
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...
- Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
- Azərbaycanda zəlzələ oldu - Yenilənib
- Peşə təhsili müəssisələrinə tələbə qəbulunun cavabları