Sabah Ramazan ayının iyirminci günüdür.
BUTA.TV xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 05:35-dədir, iftar vaxtı isə 18:56-dadır.
İmsak duası:
Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil-mu’minin.
Tərcüməsi: İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!
- “Sea Breeze”də uşağın ayağı hovuzdakı su nasosunda sıxılı qaldı
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...
- Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
- Azərbaycanda zəlzələ oldu - Yenilənib
- Peşə təhsili müəssisələrinə tələbə qəbulunun cavabları
- Şəkər xəstəliyindən əməliyyatla azad olmağın yolu...
- Bakıda axund cərimələndi - Səbəb