Cənab Prezidentin yeni iş yerlərinin yaradılmasına böyük önəm verdiyi, bu sahədə mühüm tədbirlər gördüyü bir vaxtda bəzi vəzifə sahiblərinin bunun əvəzinə, iş yerlərini məhdudlaşdırmaq, yaşına, təcrübəsinə, ailə vəziyyətinə baxmadan insanları işsiz qoymaq, ixtisarlar etmək təşəbbüsləri narahatlıq doğurur. Hər birimiz bu məsələlərin fərqində olmalıyıq".
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
O bildirib ki, bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin, südün, yumurtanın bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir:
"Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatının yaradılması faydalı ola bilər. Hər bir müəssisə, təşkilat 50-100 hektar torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsulları yetişdirilməsinə imkan yaradarsa, bu, həm bazarda qiymətlərin aşağı düşməsinə, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları - ət, süd, yumurta, tərəvəzlə təmin olunmasına kömək etmiş olar".
- Bakıda axund cərimələndi - Səbəb
- “Bibi” özünün ən böyük düşmənidir”
- Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...
- Ermənistana 420 ton buğda göndərildi
- Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
- Tramp Ankarada sui-qəsddən necə xilas olub?
- "Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verildi