Səhiyyə Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunda fəaliyyət göstərən “Verteba” klinikasında yoxlama keçirilib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, keçirilən yoxlama zamanı sertifikatsız, orta ixtisas tibb təhsili olmadan “fizioterapevtik” işi üzrə masaj proseduralarının həyata keçirilməsi aşkar edilib.
Həmin fəaliyyət Səadət Nəsibova, Urqaya Rzayeva və Pəri Nərimanova tərəfindən həyata keçirilib.
Nəticədə nazirlik tərəfindən klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, “Verteba” klinikası 6000 manat cərimələnib.
Qeyd edək ki, “Vertebra” Onurğa Tibb Mərkəzinin baş həkimi İradə Hacıyevadır. Holdinqin rəhbəri isə İlqar Əliyevdir.
- Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
- "Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq
- Sabah güclü külək olacaq - Xəbərdarlıq
- Nazir Rövşən Fətullayevi müdir təyin etdi
- Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə...
- Göyçayda zəncirvari qəza: 6 nəfər xəsarət aldı
- Xırdalan-Sumqayıt qatarının hərəkəti bərpa olunur