İnnovasiya lideri “Bakcell” Novruz bayramı ərəfəsində media nümayəndələrini İçərişəhərdə xüsusi görüşdə bir araya gətirib. Tədbir çərçivəsində dulusçuluq üzrə ustad dərsi keçirilib.
Ustad dərsi zamanı iştirakçılar Azərbaycanın ənənəvi sənətkarlıq nümunələrindən biri olan dulusçuluq sənətinin incəlikləri ilə tanış olub, yaradıcılıqlarını və fərdi baxışlarını əks etdirən əl işləri hazırlayıblar. Tədbir media nümayəndələri üçün həm yaradıcılıq mühiti, həm də qeyri-rəsmi ünsiyyət imkanı yaradıb.
Qeyd edək ki, “Bakcell” media nümayəndələri ilə sıx əməkdaşlıq edərək bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
- Nazir Rövşən Fətullayevi müdir təyin etdi
- Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə...
- Göyçayda zəncirvari qəza: 6 nəfər xəsarət aldı
- Xırdalan-Sumqayıt qatarının hərəkəti bərpa olunur
- Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?
- Xocavənddə açıq ərazidə yanğın başladı
- Bu ölkə ilə viza rejimi ləğv oluna bilər
- Diplomlar elektron formada veriləcək: Hansı çətinliklər yaradır?