Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Müşfiqabad hövzəsində həyata keçirilən layihələrlə bağlı mediatur təşkil edib.
BUTA.TV xəbər verir ki, mediatur zamanı jurnalistlərə kanalizasiya kollektorlarının və tullantı sutəmizləyici qurğunun tikinti prosesi barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin təsdiqlədiyi 2026–2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin yenilənməsi istiqamətində işlər davam edir. Layihə üzrə Müşfiqabad hövzəsində gündəlik 75 min kubmetr gücündə tullantı sutəmizləyici qurğu inşa olunur.
Artıq bir sıra əsas hissələr üzrə tikinti tamamlanıb. Qum və yağ tutucu qurğuda döşəmə hazırdır, divarların inşası davam edir. Blover binasının bünövrəsi qoyulub, mexaniki cihaz binasında işlər aparılır. Eyni zamanda biosfer hovuzu və digər texniki sahələrdə tikinti mərhələli şəkildə davam etdirilir.
Ümumi uzunluğu 18,9 km olan kanalizasiya kollektorunun böyük hissəsi mikrotunel üsulu ilə çəkilir. Layihə çərçivəsində 22 şaxtanın tikintisi də nəzərdə tutulur.
Qeyd olunub ki, qurğuda təmizlənən sular ultrabənövşəyi şüalar vasitəsilə emal edilərək sənaye məqsədləri üçün istifadə ediləcək. Layihə Xırdalan, Müşfiqabad, Hökməli və ətraf ərazilərdə tullantı sularının idarə olunmasını yaxşılaşdıracaq, həmçinin ekoloji vəziyyətə müsbət təsir göstərəcək.
2025-ci ildə başlanılan layihənin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Layihənin icrası nəticəsində subasma risklərinin azalacağı, kanalizasiya sistemlərinin ötürücülük qabiliyyətinin artacağı və əhalinin kommunal xidmətlərə çıxışının yaxşılaşacağı gözlənilir.
- Bu ölkə ilə viza rejimi ləğv oluna bilər
- Diplomlar elektron formada veriləcək: Hansı çətinliklər yaradır?
- DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
- “20 il hərbi xidmətdə olmuşam, ancaq hazırda kirayədə qalıram” - Açıqlama
- Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın!
- Hesablama Palatasına yeni səlahiyyətlər verildi
- Metroya yaxın mənzil axtaranların diqqətinə - hansı təkliflər var?
- Prezident bu nazirliyə yeni səlahiyyət verdi