Xocalı sakini illər əvvəl onu ölümdən xilas edən qəhrəmanla yenidən bir araya gəlib.
BUTA.TV Teleqraf-a istinadən verir ki, Xocalı rayon sakini Nigar Cəfərova 1992-ci ilin fevralında, Xocalı soyqırımı zamanı onu xilas edən keçmiş döyüşçü Allahverdi Əzimovla görüşüb.
Görüş Ağdam rayonunun işğaldan azad edilmiş Saybalı kəndində təşkil olunan Novruz şənliyi çərçivəsində baş tutub. Nigar Cəfərova 34 il əvvəl baş vermiş faciəvi gecədə yaşamaq ümidini itirdiyi anda Allahverdi Əzimov tərəfindən xilas edildiyini bildirib. O, bu görüşün onun üçün böyük mənəvi əhəmiyyət kəsb etdiyini və xilaskarına olan minnətdarlığının ifadəsi olduğunu vurğulayıb.
Keçmiş döyüşçü Allahverdi Əzimov isə həmin ağır günləri xatırlamağın çətinliyindən bəhs edərək, mülki şəxslərin həyatını xilas etməyin onun üçün bir insanlıq borcu olduğunu qeyd edib. O, faciə zamanı atılan hər bir addımın məhz bu amala xidmət etdiyini diqqətə çatdırıb.
Görüş zamanı N.Cəfərova xilaskarını ailə üzvləri ilə tanış edib və bu tarixi anı xatirə fotoları ilə əbədiləşdiriblər.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir.
- Samuxda qarayara: nəzarət postu quruldu
- DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
- “20 il hərbi xidmətdə olmuşam, ancaq hazırda kirayədə qalıram” - Açıqlama
- Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın!
- Hesablama Palatasına yeni səlahiyyətlər verildi
- Metroya yaxın mənzil axtaranların diqqətinə - hansı təkliflər var?
- Prezident bu nazirliyə yeni səlahiyyət verdi
- Sabah hava necə olacaq?