Azərbaycanda martın 23-ü günün birinci yarısında bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunub, 24-ü gecə və səhər isə əsasən yağmursuz keçib.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 24-ü saat 10:00-a olan məlumatında qeyd edilib.
Düşən yağıntının miqdarı Balakəndə 5, Xaltanda 4, Sədərəkdə 3, Şahbuz, Daşkəsən, Zaqatala, Şəki (Kişçay), Oğuz, Qobustan, Qrız, Xınalıq, Şahdağ, Göyçay, Biləsuvar, Şamaxı, Gədəbəy, Lerik, Altıağac, Qaxda (Sarıbaş) 1 mm-dək olub.
Bakıda və Abşeron yarımadası, Şəki, Balakən, Şəmkir, Daşkəsən, Göygöldə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da eləcə də Aran rayonlarında 21, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınıb.
- “20 il hərbi xidmətdə olmuşam, ancaq hazırda kirayədə qalıram” - Açıqlama
- Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın!
- Hesablama Palatasına yeni səlahiyyətlər verildi
- Metroya yaxın mənzil axtaranların diqqətinə - hansı təkliflər var?
- Prezident bu nazirliyə yeni səlahiyyət verdi
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi