Argentina yığmasının baş məşqçisi Lionel Skaloni əfsanəvi futbolçu Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak ehtimalı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
BUTA.TV xəbər verir ki, təcrübəli mütəxəssis həlledici qərarın məhz 38 yaşlı ulduz hücumçunun özünə məxsus olduğunu vurğulayıb:
"Bu, daha çox ona ünvanlanmalı olan sualdır. Mənim mövqeyim hər kəsə bəllidir. Messinin DÇ-2026-da iştirakını təmin etmək üçün əlimdən gələn hər şeyi edəcəyəm. Lakin yekun qərar onun əhval-ruhiyyəsindən və fiziki durumundan asılı olacaq. Onu bu möhtəşəm turnirdə izləmək təkcə argentinalıların deyil, bütün dünya futbolsevərlərinin arzusudur. Lakin Messi bu qərarı sakit şəraitdə vermək haqqını çoxdan qazanıb. Biz qətiyyən tələsmirik. Onun verəcəyi hər bir qərar həm komandamız, həm də özü üçün ən xeyirlisi olacaq. Böyük ümidlərlə Messinin "hə" deyəcəyini gözləyirik".
Qeyd edək ki, futbol üzrə növbəti dünya çempionatı 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində üç ölkənin - ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə baş tutacaq.
- Yeni ekspres marşrutların dayanacaq məntəqələri - Video
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
- Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
- Xəzər dənizinin havanın temperaturuna təsiri...
- Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
- Bu gün Yasamalda işıq olmayacaq