Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, bir sutka ərzində “102” Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlardan 475-i Dövlət Yol Polisinə, 214-ü ərazi polis orqanlarının Post-Patrul və Çevik Polis Alayının əməkdaşlarına, 74-ü isə digər xidmət sahələrinə ötürülərək vətəndaşlara zəruri köməklik göstərilməsi təmin olunub.
Hazırda ölkə ərazisində Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunan xidmət gücləndirilmiş rejimdə davam etdirilir. Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiyalı fəaliyyətin icrası diqqətdə saxlanılır.
- Yeni ekspres marşrutların dayanacaq məntəqələri - Video
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
- Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
- Xəzər dənizinin havanın temperaturuna təsiri...
- Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
- Bu gün Yasamalda işıq olmayacaq