Son günlər müşahidə olunan güclü və fasiləsiz yağıntılarla əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən kommunal xidmət sahələrinin fəaliyyəti gücləndirilmiş rejimdə təşkil edilmişdir.
BUTA.TV xəbər verir ki, şəhər rəhbərliyinin nəzarəti altında xüsusi qərargah fəaliyyət göstərir.
Qərargah üzvləri 24 saat ərzində baş verən bütün hadisələri diqqətdə saxlayır, daxil olan məlumatlara dərhal reaksiya verir və aidiyyəti qurumlarla birgə problemlərin operativ həlli istiqamətində zəruri addımlar atırlar.
Yağıntıların yaratdığı çətinliklərin operativ şəkildə aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən fasiləsiz tədbirlər həyata keçirilir, su basmış ərazilərin təmizlənməsi, kanalizasiya xətlərinin açılması və digər zəruri işlər icra olunur.
Bununla yanaşı, vətəndaş müraciətlərinin çevik şəkildə qəbul olunması və operativ reaksiya verilməsi üçün İcra Hakimiyyəti tərəfindən qaynar xətt (164) fəaliyyət göstərir. Daxil olan müraciətlər dərhal araşdırılır, müvafiq qurumlarla koordinasiyalı şəkildə problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
- Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi
- Yeni ekspres marşrutların dayanacaq məntəqələri - Video
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
- Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
- Xəzər dənizinin havanın temperaturuna təsiri...
- Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi