Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov Xalq artisti Rasim Balayevin İstanbulda dünyasını dəyişdiyi xəstəxananı ziyarət edib, sənətkarın ailə üzvləri ilə görüşüb.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, Murad Hüseynov Rasim Balayevin vəfatının Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu bildirib.
“Rasim Balayev yaratdığı obrazlarla hər birimizin qəlbində dərin izlər qoyan böyük sənətkar idi. Bu gün burada dahi sənətkarımızın ailə üzvləri ilə görüşdük, nazirimizin başsağlığını çatdırdıq. Xalq artistimizin cənazəsinin Azərbaycana aparılması üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülüb. Azərbaycanın İstanbuldakı baş konsulluğunun, Türkiyədəki səfirliyimizin koordinasiyası ilə bu işlər davam edir. Rasim Balayevin cənazəsinin bu gün axşam reysi ilə Vətənə göndərilməsi nəzərdə tutulur”, - o deyib.
- Yeni ekspres marşrutların dayanacaq məntəqələri - Video
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
- Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
- Xəzər dənizinin havanın temperaturuna təsiri...
- Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
- Bu gün Yasamalda işıq olmayacaq