Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru vəzifəsindən azad olunub.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Nurlana Vilayət qızı Əliyeva gətirilib.
Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Mətanət Əfəndiyeva 2024-cü il yanvarın 22-də ETTBİ-yə direktor təyin olunmuşdu.
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
- Biləcəri-Yalama dəmir yolu modernləşdirilir
- Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
- Xəzər dənizinin havanın temperaturuna təsiri...
- Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
- Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistenti...