Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində İrəvanın Avan rayonuna səfər edib.
“BUTA.TV” “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyanın rəhbərliyi ilə Avan rayonunda yürüş edən hakim “Vətəndaş Müqaviləsi” nümayəndələri sakinlərlə görüşüb, seçki bukletləri paylayıb və xalqı seçkilərdə fəal iştirak etməyə çağırıblar.
Baş nazir öz çıxışında ölkədə yeganə qərarverici qüvvənin xalq olduğunu bildirib:
“Bu, mənim və komandamın siyasi fəaliyyətinin əsas prinsipidir. Xalq mənim getməli olduğumu qərara aldığı an heç bir müzakirə aparmadan postumu tərk edəcəyəm. Əgər seçicilərin yarısından çoxu (50+1%) “Nikol, qal” desə, qalacağam. Yox, əgər “get” desələr, Nikol kimdir ki, getməsin? Nikol sadəcə bir xidmətçidir. Görmüsünüzmü, xidmətçi “yox, getmirəm” deyə bilərmi?”.
Xatırladaq ki, Ermənistanda mayın 8-də start götürən seçkiqabağı təşviqat kampaniyası iyunun 5-nə qədər davam edəcək. Parlament seçkilərində iştirak etmək üçün 19 siyasi qüvvə (2 ittifaq və 17 partiya) qeydiyyatdan keçib.
- Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər
- Sabah hava necə olacaq?
- Dünən dənizdə batan “Krosna”nın solisti imiş - Video
- Sərhədi pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları...
- Naxçıvanda 5 hektar ərazidə 16 bina inşa ediləcək
- Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapıldı
- Kirayə evlərin qiyməti kəskin artdı
- Tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək