Bu il 2-ci ixtisas qrupu üzrə keçid ballarında artım olacağı gözlənilir.
BUTA.TV Xəzər TV-yə istinadla xəbər verir ki, ötən gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə blok imtahanının birinci cəhd nəticələrini elan edib.
Nəticələrə əsasən, II ixtisas qrupu üzrə bir nəfər 397 bal, III ixtisas qrupu üzrə isə üç nəfər maksimal nəticə - 400 bal toplayıb.
Bəs II və III ixtisas qruplarında hansı ixtisasların keçid ballarında artım ola bilər?
Təhsil eksperti Elmin Nurinin sözlərinə görə, ötən illərlə müqayisədə III ixtisas qrupunda ciddi bal artımı gözlənilmir. Yalnız daha çox tələb olunan və prestijli hesab edilən bəzi ixtisaslarda müəyyən qədər ola bilər.
Ekspert bildirib ki, III ixtisas qrupundan fərqli olaraq, bu il II ixtisas qrupunda daha gərgin rəqabətin olacağı gözlənilir. Bunun əsas səbəbi isə bu qrupa sənəd verən abituriyentlərin sayının artmasıdır.
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama