İşlərini təhvil versələr də şirkətdən aylardır əməkhaqqlarını ala bilmirlər.
BUTA.TV "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, “Agah” şirkətlər qrupunda çalışanlar iddia edirlər ki, şirkət 50-yə yazın işçini işlədib, lakin əmək haqlarını ödəmir. Onların sözlərinə görə, dəfələrlə şirkət rəhbərliyi ilə görüşsələr də, problem həll olunmayıb və vəziyyət dəyişməz olaraq qalır.
Şikayətçilər deyirlər ki, maaşların verilməməsi ilə bağlı onlara müxtəlif səbəblər göstərilir.
Problemlə bağlı "Agah şirkətlər qrupu"nun nümayəndəsi bir müddətdir ki, maaşların verilmədiyini təsdiqləyib. Lakin problemin onlardan qaynaqlanmadığı bildirilib.
Şirkət nümayəndəsi onu da əlavə edib ki, çalışdıqları müəssisə onlara ödəniş edən kimi işçilərin hər birinin əmək haqqı ödəniləcək.
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Zaqatalada qətl: həmkəndlisini öldürdü
- Bakıda “Mersedes”lə BYD toqquşdu – Anbaan video
- Prezidentin iş kabinetində təkcə bu heykəl var - Foto
- 8 gün əvvəl 3 yaşlı oğlu öldü, bu gün özü...
- İlham Əliyev Qurbanova "Dostluq" ordenini təqdim etdi
- Tirana ilə Bakı arasında birbaşa aviareysin açılması gözlənilir
- Aylardır maaş üzünə həsrət qalıblar - Video