Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli faktı təsdiqləyib.
O qeyd edib ki, yol-nəqliyyat hadisəsi Zabrat qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində qeydə alınıb:
"Bəylər Ağa oğlu Süleymanlının idarə etdiyi 10 MP 026 dövlət nömrə nişanlı "Mersedes" markalı nəqliyyat vasitəsi ilə Vahid Əfras oğlu Calalaovun idarə etdiyi BYD markalı, 99 QE 967 dövlət nömrə nişanlı avtomobil toqquşublar. Nəticədə "Mersedes"in sürücüsü xəsarət alıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır".
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama