Türkiyənin Manisa vilayətinin Kula rayonunda baş verən ağır zəncirvari yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü, dörd nəfərin isə yaralanması ilə nəticələnib.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, qəza İzmir–Uşak magistral yolunun Kula rayonundan keçən hissəsində, Kavacık enişi yaxınlığında qeydə alınıb.
Azərbaycan nömrə nişanlı yük avtomobili hərəkətdə olarkən qarşısındakı yüngül kommersiya nəqliyyat vasitəsinə çırpılıb. Toqquşmadan sonra daha bir yük avtomobili ona çırpılıb və nəticədə zəncirvari qəza baş verib.
Qəza nəticəsində yük avtomobilinin sürücüsü, Azərbaycan vətəndaşı Nadir Salmanov hadisə yerində həyatını itirib.
Digər ölən şəxsin isə yüngül kommersiya avtomobilində olan Aytekin Akkaya olduğu bildirilib. Hadisə zamanı daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
- MM-də sənədsiz evlərlə bağlı mühüm təklif
- Bu şəxslərin vərəsələrinə müavinət veriləcək
- Temperatur 39 dərəcəyə yüksələcək
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Prezident 2 fərman imzaladı
- Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
- Doktorantura imtahanında problem... - DİM aydınlıq gətirdi
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto