Prezident İlham Əliyev "Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun və bu qanunla təsdiq edilmiş "Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 30 avqust 2000-ci il tarixli, eləcə də "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə 4 iyul 2013-cü il tarifli fərmanlarda dəyişiklik edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilməsi üçün təsdiqedici sənədlər verəcək səlahiyyətli qurumlar müəyyən edilib. Belə ki, hərbi təyinatlı məhsul istehsalı layihələrinə münasibətdə səlahiyyətlər Müdafiə Sənayesi Nazirliyinə, digər layihələrə münasibətdə isə İqtisadiyyat Nazirliyinə verilib
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama