"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Protokoluna əsasən, ölkələrimiz arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində tədbir keçirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnləri səsləndirilib.
Plana uyğun olaraq qonaqlara Vətən müharibəsində logistika sahəsində qazanılmış təcrübələrə dair təqdimatlar verilib.
Tədbirdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin regionda sülh və sabitliyə töhfə verdiyi xüsusi qeyd olunub.
Tərəflər şəffaflaşmış döyüş meydanında logistikanın həlledici rolunu müzakirə edib, strateji xəbərdarlıq, kritik zəifliklər və avtonom təminat dövrü mövzularında fikirlərini bölüşüblər.
Müharibə zamanı qidalanma və su təchizatı, maddi-texniki vəsaitlərin daşınması, texniki qulluq bölmələrinin fəaliyyəti və yaralıların təxliyəsi, hamam-camaşırxana şəraitinin yaradılması, eləcə də digər təminat mövzuları ətrafında müzakirələr aparılıb.
Həmçinin qonaqlar hərbi hissələrdən birində Azərbaycan Ordusunda əşya və ərzaq təminatının təşkili sahəsində görülən işlərlə tanış olublar.
Sonda tədbirin yekunlarına dair işçi protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama