Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində növbəti səyyar vətəndaş qəbulunu keçirib.
BUTA.TV xəbər verir ki, qəbulda şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri və sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onların müraciət və təklifləri ətraflı araşdırılıb.
Sakinlər əsasən məşğulluq imkanları, sosial təminat, abadlıq işləri, kommunal xidmətlər və digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin icrası ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Şəhər rəhbəri vətəndaş müraciətlərinə həssas yanaşılmasının vacibliyini vurğulayaraq, sakinlərin rifahının yüksəldilməsi və şəhərin daha da abadlaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən şəhərin müxtəlif yaşayış massivlərində mütəmadi olaraq səyyar qəbullar keçirilir, vətəndaşların müraciətlərinin operativ həlli istiqamətində zəruri addımlar atılır.
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama