Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası təşkil olunub.
BUTA.TV xəbər verir ki, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 20-dək işəgötürən iştirak edib. Yarmarkada əməliyyatçı mühasib, avtoçilingər, dəzgah operatoru, dərzi, mühəndis, elektrik-qaz qaynaqçısı, ofisiant, çeşidləyici, avtokar sürücüsü, mexanik və s. peşə istiqamətləri üzrə 160-dan çox vakansiya təqdim olunub.
Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin, iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama