2024-cü il Paris Yay Olimpiya Oyunlarının çempionu, tanınmış cüdoçu Hidayət Heydərov növbəti dəfə çəki problemi ilə üzləşib.
“BUTA.TV” xəbər verir ki, idmançımız rəsmi çəkiölçmə prosedurundan keçə bilmədiyi üçün turnirdən kənarlaşdırılıb və yarışda iştirak edə bilməyəcək.
Məlumata görə, titullu cüdoçu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində mübarizə aparmalı idi. Lakin o, çəkisini normada saxlaya bilmədiyi üçün xalçaya çıxmaq şansını itirib.
Qeyd edək ki, bu, təcrübəli cüdoçunun karyerasında ilk belə hal deyil. Hidayət Heydərov bundan əvvəl Özbəkistanda təşkil olunan analoji “Böyük Dəbilqə” yarışında da eyni səbəbdən turnirdən kənarda qalmışdı.
Bu gönderiyi Instagram'da gör
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama