Bakıda yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü inzibati məsuliyyətə cəlb edilib.
“BUTA.TV” xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində - metronun “20 Yanvar” stansiyası ilə 3-cü mikrorayon dairəsini birləşdirən yolda qeydə alınıb.
“Toyota Prius” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus zolağında park edərək uzaqlaşıb. O, həmin vaxt maşını dövlət qeydiyyat nömrəsi ərazidəki kameralar tərəfindən görüntülənə bilməsin deyə çəpəki formada saxlayıb. Sürücü bu yolla özünü məsuliyyətdən kənar saxlamaq istəyib. Lakin avtobusda olan vətəndaşlardan biri həmin hadisəni çəkərək ictimailəşdirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılıb. Sürücü müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.
- Bakıda 330 kq çəkisi olan kişi evdən belə çıxarıldı - Video
- Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
- Sabah bu rayonlarda qaz olmayacaq
- Bu müəllimlərin maaşı artacaq - Nazir
- Çirkli dəniz suyu bu xəstəlikləri yaradır - Xəbərdarlıq
- 5 ayda 111 milyonluq narkotik dövriyyədən çıxarılıb
- Azərbaycanda bu şəxslər iki min manatdan çox maaş alır
- Bakıya içməli su bu qrafiklə veriləcək – Rəsmi