Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə iyunun 19-da axşam saat 18 radələrində rayonun Masazır kəndi ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi "Minsk D D4" motosikleti ilə Masazır kəndi, "Qurtuluş-93" yaşayış kompleksinin qarşısındakı küçədə hərəkətdə olarkən sola manevr etdiyi vaxt yolu qaçaraq keçən 2022-ci il təvəllüdlü Atilla Rafail oğlu Bağırovu vurub.
A.Bağırov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
- ABŞ-da hakim Trampa qarşı çıxdı: Söz azadlığını pozur...
- Mirzoyan xarici səfirləri Türkiyə sərhədinə apardı
- Moskvaya gedən avtobus qəzaya uğradı: 5 ölü, 38 yaralı
- Nepalda ölənlərin sayı 734 nəfərə çatdı
- Biz hazır olmalıyıq, hücumun nə vaxt olacağını... - Karis
- 1649-cu gün: Rusiyanın itkiləri yeniləndi
- FHN-dən qeyri-sabit hava ilə bağlı əhaliyə - Müraciət
- Bunu biz təklif etməsək, Rusiya edəcək - Budanov