Bakıda yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü inzibati məsuliyyətə cəlb edilib.
“BUTA.TV” xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində - metronun “20 Yanvar” stansiyası ilə 3-cü mikrorayon dairəsini birləşdirən yolda qeydə alınıb.
“Toyota Prius” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus zolağında park edərək uzaqlaşıb. O, həmin vaxt maşını dövlət qeydiyyat nömrəsi ərazidəki kameralar tərəfindən görüntülənə bilməsin deyə çəpəki formada saxlayıb. Sürücü bu yolla özünü məsuliyyətdən kənar saxlamaq istəyib. Lakin avtobusda olan vətəndaşlardan biri həmin hadisəni çəkərək ictimailəşdirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılıb. Sürücü müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.
- Rus ordusu daha iki kəndi işğal etdi
- Xamenei bütün müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı
- Psixoloq azyaşlı uşağa şiddət göstərdi - Video
- AB-nin qaz ehtiyatları kəskin azaldı
- Tramp Ayda bir obyektə adının verilməsini istəyir
- Retkliff Moskvada Zelenski-Putin görüşünü təklif edib
- Böyük fəlakət: Dünyaya trilyonlarla dollarlıq ziyan vurulacaq
- Kim Çen İn müdafiə nazirini vəzifəsindən azad etdi