Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.
BUTA.TV xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verdi.
Bildirildi ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina inşa edilib. Yaşayış kompleksindəki 450 mənzildən 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar. Burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb.
- İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi
- Çindən yeni yük və sərnişin lokomotivləri alınır
- Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu
- Bakıda ev almaq xəyal olacaq? - Ekspertdən qiymətlərlə bağlı qorxudan PROQNOZ
- AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar...
- Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələr...
- “İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” - Video
- İmişlidə ticarət obyektləri yanır