Divarları çatlayıb, döşəmələri çürüyüb... Sakinləri isə kirayədə yaşayır..
BUTA.TV Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət Nizami rayonu, Keşlə qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində kollektorun partlaması nəticəsində subasmaya məruz qalan evlərdən gedir.
Sakinlərə kompensasiya ödənilməsi barədə dövlət sərəncamı var. Lakin onlar deyir ki, bizə üç aylıq kirayə pulu ödənib, evlərimizin təmiri, bərpası ya da sökülməsi barədə isə heç bir məlumat verən yoxdur.
Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətindən bildirildi ki, məsələ dövlət qurumlarının birbaşa nəzarətindədir. Sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə vətəndaşlara müvəqqəti yaşayış üçün kirayə haqlarının ödənilməsi tam təmin edilib. Hazırda aidiyyəti qurumlarla su basma halının yenidən baş verməməsi üçün tədbirlər görülür.
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
- Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
- 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab
- Azərbaycanın xarici ticarət dövriyyəsi nə qədərdir?