Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.
BUTA.TV xəbər verir ki, Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.
Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur.
"Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə açıqlamada qeyd olunub.
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
- Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
- 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab
- Azərbaycanın xarici ticarət dövriyyəsi nə qədərdir?
- Xamenei ordunun başına onu gətirdi