Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə keçirilən rəsmi tədbir maraqlı anlara səhnə olub.
“BUTA.TV” xəbər verir ki, görüş çərçivəsində təşkil edilən simvolik ağacəkmə mərasimində İran Prezidenti prosesə gözləniləndən daha ciddi yanaşıb.
Məlumata görə, dünya liderlərinin əksəriyyəti belə tədbirlərdə sadəcə ağacın əkilməsi üçün torpaq ataraq mərasimi tamamlayır. Lakin İran Prezidenti proseslə kifayətlənməyərək, ağacın tam şəkildə əkilib bərkidilməsinə qədər işi davam etdirib.
Şahbaz Şərif isə bu vaxt İran Prezidentinin çiyninə toxunaraq, ondan dayanmasını istəyib, lakin Pezeşkian israrlı şəkildə işini davam etdirib.
Telefonunu maşına çırpıb pul tələb edirdi, həbs olundu - Yenilənib+Video
Hadisə tədbirdə olan digər iştirakçılar arasında da təbəssümlə qarşılanıb, sosial şəbəkələrdə isə günün ən çox müzakirə edilən videolarından biri olub.
- Bakıda 21 yaşlı oğlan dənizdə batdı
- Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir
- Azərbaycanda general 10 il sonra - Azadlığa çıxdı
- Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
- Bakının mərkəzində maşın yandı - Video
- Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir - Video
- Pezeşkianın bu görüntüləri gündəm oldu - Video
- Tarixi danışıqlar zamanı futbola baxırmışlar... - Video