Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilir

11:18 - 25 İyun 2026 - GÜNDƏM

 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilir

26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı Metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

Metropolitendən BUTA.TV-a verilən məlumata görə, “28 May-Əhmədli” sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Bildirilib ki, zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Bununla bağlı stansiyalarda ümumi nəzarəti təmin etmək üçün növbətçilik cədvəli əsasında işçi qüvvəsi də ayrılıb.

Həmçinin qatarlar “Bakmil” stansiyasına və geri şənbə günü, Bənövşəyi xətdə və “Əhmədli-Həzi Aslanov” mənzilində isə şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol