Bakının bu rayonunda 3 saat işıq olmayacaq

09:30 - 29 İyun 2026 - GÜNDƏM

 Bakının bu rayonunda 3 saat işıq olmayacaq

Bu gün paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan BUTA.TV-a verilən məlumata görə, iyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri yekunlaşdıqdan sonra həmin küçə daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol