Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam

10:27 - 29 İyun 2026 - GÜNDƏM

 Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam

Nazirlər Kabineti Azərbaycanda 2026-cı il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 400 manat/ton olaraq müəyyən edib.

BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, bu, 2025-ci illə müqayisədə eynidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol