Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb.
BUTA.TV DİN-ə istinadla xəbər verir ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıb.
Ondan çay sahilində meşəlik ərazidə əkdiyi çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, H.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- “Qarabağ” transfer bazarının ən fəalıdır - Komandaya yeni nəfəs gəlir...
- Naxçıvanda avtobuslar kart sisteminə keçir
- Pərviz Şahbazovun ailəsində ağır itki
- Bakıda qadın dənizdə batdı
- Sabah yağış yağacaq
- Azyaşlıya qarşı soyğunçuluq etdi, saxlanıldı
- Pərviz Şahbazova ağır itki
- Azərbaycanda 63 yaşlı qadın ana oldu - Video