Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22°, bəzi yerlərdə 23-28° isti olacaq.
- Bakının mərkəzində bu obyektlər sökülür - Foto
- Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
- Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki...
- Rövşən Nəcəfin qohumu olduğunu deyib - SOCAR-a aid torpağı satmaq istədi
- Demokratiya TV-nin rəhbəri həbs edildi - Foto
- Maşının təkəri çıxıb arxadan gələn “Range Rover”ə çırpıldı - Video
- Dağıntılar altında 5-ci gün - Ana və 9 aylıq körpəsi xilas edildi - Video
- “Qarabağ” transfer bazarının ən fəalıdır - Komandaya yeni nəfəs gəlir...